Ağdərədə baş verən yanğın zamanı mina partlayışı hadisəsi baş verib.

Məlumata görə, partlayış zamanı yanğınsöndürən Babək Zeynalov yaralanıb.

Yaralıya ilkin tibbi yardım göstərildikdən sonra onun Bərdə Müalicə və Diaqnostika Mərkəzinə aparılması nəzərdə tutulur.

Hazırda yanğının söndürülməsi işləri davam edir.

***

Ağdərənin dağlıq hissəsində yanğın başlayıb.

Mia.az xəbər verir ki, dağlıq ərazidə yerləşən meşə massivində başlayan yanğın qısa müddətdə geniş əraziyə yayılıb.

Yanğın baş verən əraziyə Fövqəladə Hallar Nazirliyinin Ağdərə rayon yanğınsöndürən briqadasının texnikası və əməkdaşları cəlb edilib.

Hazırda yanğın davam edir.

Qeyd edək ki, ötən gün də rayonun Canyataq kəndində dağlıq ərazidə 9 ha sahədə quru ot, kol-kos və yaşayış olmayan, yararsız vəziyyətdə olan evin yanar konstruksiyaları yanıb.