İsrailin baş naziri Benyamin Netanyahu HƏMAS-ın bundan sonra hər hansı bir qərar qəbul etməsinin əhəmiyyətsiz olduğunu açıqlayıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, Qəzzanı ilhaq planından əsla geri çəkilməyəcəklərini bəyan edib.
Netanyahu Avstraliyanın "Sky News" telekanalına müsahibəsində bildirib ki, HƏMAS atəşkəs və əsir mübadiləsi razılaşmasını qəbul etsə belə, Qəzzanın işğalı həyata keçiriləcək: "Biz omnsuz da Qəzzanı tamamilə öz nəzarətimizə götürəcəyik. Onsuz da bunu edəcəyik. HƏMAS-ı orada mövcudluğu bitəcək, buna daha dözüm göstərə, onları orada buraxa bilmərik. Bizdə bu məsələə barədə hər hansı bir tərəddüt yoxdur, olmayıb da. Bizim məqsədimiz bəllidir: girovları azad, HƏMAS-ı yox etmək!"
Firudin Səfərli
MİA.AZ