UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə yekun vurulub.
Mia.az xəbər verir ki, bununla da yarımfinalın bütün iştirakçıları bəlli olub.
İngiltərə "Liverpul"u cavab oyununda Portuqaliya "Benfika"sını qəbul edib. İlk matçda 3:1 hesablı qələbə qazanan mersisaydlılar ikinci qarşılaşmada heç-heçəyə razılaşıb - 3:3.
Beləliklə, Yurgen Kloppun başçılıq etdiyi kollektiv iki matçın nəticəsinə əsasən yarımfinala adlayıb və İspaniya "Vilyarreal"ına rəqib olub.
İngiltərənin digər təmsilçisi "Mançester Siti" isə İspaniyada Madrid "Atletiko"su ilə üz-üzə gəlib. Evdəki ilk görüşdə 1:0 hesablı qələbəyə sevinən "şəhərlilər" cavab görüşündə qolsuz heç-heçəyə nail olaraq, adını yarımfinala yazdırıb.
Mançester təmsilçisi finala gedən yolda İspaniya "Real Madrid"i ilə qarşılaşacaq.
Çempionlar Liqası, 1/4 final
Cavab oyunları
13 aprel
23:00. "Liverpul" (İngiltərə) - "Benfika" (Portuqaliya) - 3:3
Qollar: İbrahima Konate, 21. Roberto Firmino, 55; 65 - Qonsalu Ramuş, 32. Roman Yaremçuk, 78. Darvin Nunyes, 82
Baş hakim: Serdar Gözübüyük (Niderland)
İlk oyun - 3:1
23:00. "Atletiko" Madrid (İspaniya) - "Mançester Siti" (İngiltərə) - 0:0
Baş hakim: Daniel Zibert (Almaniya)
Qırmızı vərəqə: Felipe, 90+1 ("Atletiko")
İlk oyun - 0:1
Qeyd edək ki, yarımfinal mərhələsinin ilk görüşləri 26-27 apreldə, cavab qarşılaşmaları isə 3-4 mayda olacaq.