UEFA İcraiyyə Komitəsi maliyyə feyr-pleyi qaydalarına dəyişikliyi təsdiqləyib.

Mia.az xəbər verir ki, yeni qərara əsasən, gələcəkdə klublar transferlərə, maaşlara və məsləhət haqlarına ümumi gəlirin maksimum 70 faizini xərcləyə biləcəklər.

Həmçinin tez-tez tənqid olunan "maliyyə feyr-pleyi" ifadəsi bu ilin iyunundan "maliyyə davamlılığı" müddəası ilə əvəz olunacaq.