Ukrayna xarici işlər naziri Dmitro Kuleba NATO xarici işlər nazirlərinin toplantısında iştirak edib.

Mia.az xəbər verir ki, o, bu barədə tviter səhifəsində paylaşım edib: “Ukraynanın arxasında güclü birlik var. Bizi dəstəkləmək üçün konkret addımların atılmasına dair güclü qətiyyət mövcuddur. Mən burada prioritetləri sadaladım”.