Macarıstanın Baş naziri Viktor Orban Rusiya ilə Ukrayna arasında danışıqlar üçün ev sahibliyi təklif edib.
“Reuters” xəbər verir ki, o, bu barədə Rusiya Prezidenti Vladimir Putinlə danışıqlarından sonra keçirdiyi mətbuat konfransında bildirib.
Orban Putini Macarıstanda Ukrayna və Fransa prezidentlərinin də iştirakı ilə keçiriləcək sülh danışıqlarına dəvət etdiyini deyib.
Onun dediyinə görə, Putinin buna cavabı müsbət olsa da, şərtlər irəli sürəcəyini də qeyd edib