“Biz uzunmüddətli qarşıdurmaya hazır olmalıyıq”.

Mia.az xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq Brüsseldə NATO XİN başçılarının toplantısında jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, NATO müdafiəni gücləndirməlidir: "Ukraynaya yardım göndərmək və uzunmüddətli sanksiyalar hazırlamaq lazımdır. Ukraynanın hərbi yardıma ehtiyacı var. Müttəfiqlərimizin Kiyevə müxtəlif silahlarla dəstək olacağını gözləyirik”.