"Rusiya BMT Təhlükəsizlik Şurasındakı veto hüququnu ölüm hüququna çevirib".
Mia.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski BMT Təhlükəsizlik Şurasında çıxışında deyib.
O bildirib ki, Buşada baş verən qətliama toxunaraq qeyd edib ki, Ukrayna BMT Təhlükəsizlik Şurasında veto hüququnu ölüm hüququna çevirən bir ölkə ilə qarşı-qarşıyadır: "Bu, qlobal təhlükəsizliyin bütün arxitekturasını pozur, pisliyin cəzasız qalmasına və bütün dünyaya yayılmasına imkan verir. Rusiya dayandırılmalıdır. Belə davam edərsə, hər bir ölkə öz təhlükəsizliyini təmin etmək üçün beynəlxalq hüquqa deyil, yalnız silah gücünə arxalanacaq".
Zelenski daha sonra Rusiyanın BMT Təhlükəsizlik Şurasında üzvlüyünə xitam verilməsinə çağırış edib: “Hazırda BMT Təhlükəsizlik Şurası Ukraynada sülhü bərpa etməyə yönələn qərar verməlidir. Belə qərarı verə bilmirsinizsə, onda qalır iki yol: ya Rusiyanı işğalçı dövlət qurumdan xaric edirsiniz, təhlükəsizlik sistemində islahat aparırsınız, ya da başqa alternativ tapılmasa, bu qurumun özünə xitam verirsiniz”.