Rusiya ötən gün Ukraynanın daha 134 hərbi obyektini məhv edib.
Mia.az Rusiya mətbuatına istinadlaxəbər verir ki, bu sözləri Rusiya Müdafiə Nazirliyinin rəsmisi generalİqor Konaşenkov deyib.
O bildirib ki, ötən gecə saatlarında Rusiya Hava kosmik Qüvvələrinin operativ-taktiki aviasiyası və raket qoşunları Ukraynanın 8 komanda və rabitə mərkəzini, S-300 zenit-raket kompleksinin işıqlandırılması və yönləndirilməsi üçün bir radarını, “Toçka-U” raket kompleksi üçün bir buraxılış qurğusunu, altı sursat və iki yanacaq anbarını, həmçinin 85 dayaq məntəqəsi və Ukrayna hərbi texnikasının cəmləşdiyi əraziləri sıradan çıxarıb.