Kanada Rusiya və Belarusun bəzi vətəndaşlarına qarşı sanksiyalar tətbiq edəcək.

TASS xəbər verir ki, bu barədə Kanada Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir.

Belə ki, Kanada hakimiyyəti Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyanın və Belarusun 18 vətəndaşını sanksiya siyahısına əlavə edəcək.