Almaniya Xarici İşlər Nazirliyi Rusiya səfirliyinin 40 əməkdaşını persona non-qrata elan edib.
“RİA Novosti” xəbər verir ki, bu barədə Almaniyanın xarici işlər naziri Annalena Berbok Berlində keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, rusiyalı dipolamtlar ölkənin müdafiəsi üçün təhlükədir: "Biz buna dözməyəcəyik".
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova isə deyib ki, 40 rus diplomatının Almaniyadan çıxarılması cavabsız qalmayacaq.