Avropa Komissiyasının prezidenti Ursula fon der Leyenlə Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub.
Mia.az xəbər verir ki, bu barədə Ursula fon der Leyen tviter səhifəsində paylaşım edib.
O bildirib ki, Buçada və Ukraynanın başqa yerlərində dinc əhalinin vəhşicəsinə qətlə yetirilməsi barədə danışıblar: "Aİ Ukrayna Baş Prokurorluğu ilə birlikdə hərbi cinayətləri sənədləşdirmək üçün ölkəyə istintaq qrupları göndərməyə hazırdır".