Azərbaycan Ordusunun hərbçiləri Türkiyədə keçiriləcək “Efes-2022” beynəlxalq təlimlərinə qatılıb.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Azərbaycan hərbçiləri üçün kurslar keçilib: "Kurs zamanı gəmiyə çıxma, yaşayış məntəqəsində döyüş, kəndirlə tullanma və sahilə hücum tapşırıqları icra olunub".