ABŞ prezidenti Donald Tramp “Fox News” telekanalına müsahibəsində Ukraynada sülhlə bağlı Rusiya prezidenti Vladimir Putinin mövqeyini tənqid edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, müsahibədə Rusiya-Ukrayna müharibəsi ilə bağlı sualları cavablandırarkən Rusiyanın Polşaya dron yönləndirməsini qəbuledilməz sayıb: "Bu, artıq mənim səbrini daşırır. Putinin bu cür davranışlaırna səbrimiz tükəndi. Onunla çox yaxşı münasibətim var, lakin təəssüf ki, Ukrayna həll edə bilməyəcəyimiz yeganə müharibədir. Belə görünür. Çox sərt hərəkətə keçmək məcburiyyətində qala bilərik”.

Samir Musayev
MİA.AZ