Bakıda gecə klubundakı partlayışda yaralanan daha 4 nəfər xəstə ambulator müalicə üçün evə buraxılıb.
Mia.az xəbər verir ki, bununla da ambulator müalicə üçün evə göndəriən yaralıların sayı 6-ya çatıb:
"Hazırda tibb müəssisələrində ümumilikdə, 18 nəfər müalicə alır. Onlardan 15-i TƏBİB-in tabeliyindəki tibb müəssisələrindədir. Xəsarət alan şəxslərdən reanimasiyada olan 7 nəfərdən 3-nün vəziyyəti kritik ağır, stasionarda müalicə alan 5 nəfərin vəziyyəti stabil ağır, 6-sının vəziyyəti orta ağır olaraq qiymətləndirilir. Xəstələrin müayinə-müalicəsi xüsusi peşəkar həkim briqadasının intensiv nəzarəti altındadır".