“Kiyev yaxınlığında işğaldan azad edilmiş Buça şəhərindən bizə çatan görüntülər dözülməzdir".
Mia.az xəbər verir ki, bu sözləri Fransa Prezidenti Emmanuel Makron tviter hesabında yazıb.
O bildirib ki, küçələrdə yüzlərlə dinc sakin qorxaqcasına öldürülüb: "Ölənlərə rəhmət diləyirəm, ukraynalılarla həmrəyliyimi bildirirəm. Rusiya hakimiyyəti bu cinayətlərə görə cavab verməli olacaq”.