Rusiya Prezidenti Vladimir Putinin sədrliyi ilə Təhlükəsizlik Şurasının müşavirəsi keçirilir.

Mia.az "Ria-Novosti"yə istinadla xəbər verir ki,  müşavirəni açan Putin əsaəsn ölkədaxili məsələlərin müzakirə olunacağını deyib: “Bu gün gündəlikdə daxili təhlükəsizlik sahəsində təhdidlərin qarşısının alınması və zərərsizləşdirilməsi üçün əlavə tədbirlərlə bağlı məsələni müzakirə edəcəyik”.