Birinci Dünya Müharibəsi əsgərlərinin məktubları tapılıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, avstraliyalı bir ailə 100 il əvvəl baş verən Birinci Dünya Müharibəsinin iştirakçısı olan iki əsgərin butulkanın içində olan məktublarını dəniz sahilində tapıblar. 

Məlumata görə, Qərbi Avstraliyadakı Vharton çimərliyində tapılan butulkan açan Braun ailəsi faktla bağlı yerli mətbuata açıqlama veriblər.

Ailənin anası Deb Braun deyib: "Biz çimərlikləri adətimizə uyğun tez-tez təmizləyirik. Heç vaxt heç bir zibili görməzdən gəlmirik. Bu kiçik şüşə butulka dəniz sahilində diqqətimizi çəkdi. Sanki bizi bizi orada gözləyirdi. Onu dənizə girib götürdük. 1916-cı il dəniz əsgərlərinin yazdığı və içinə atıb möhkm bağladığı məktublar vardı. Hə, hə, özü də iki məktub. Məktublar 15 avqust 1916-cı ildə 27 yaşlı sıravi Malkolm Nevil və 37 yaşlı sıravi Uilyam Harli tərəfindən yazılıb. Onlar Avstraliyadan  Fransadakı cəbhə xəttinə gedən HMAT A70 Ballarat gəmisində olublar..."

Məlumata görə, Nevil bu məktubu yazandan bir il sonra döyüşdə həlak olub, Harli iki dəfə yaralanıb, lakin müharibədən sağ çıxıb.

Ailəsinin dediyinə görə, o, 1934-cü ildə "səngərlərdə alman qazına məruz qalma" nəticəsində xərçəng xəstəliyindən ölüb.

Birinci Dünya Müharibəsi əsgərlərinin 100 ildən sonra Avstraliya sahillərində tapılan butulkadakı məktubunda Nevil anasına yazıb: "Biz həqiqətən də yaxşı vaxt keçiririk. Yemək yaxşıdır, yalnız bir nahardan başqa. Onu da dənizə tökdük. Gəmi yellənir, amma biz çox xoşbəxtik".

O, daha sonra məktubu tapandan bunu anasına çatdırmağı xahiş edib.

Harli isə anasının vəfat etdiyini yazıb və "kim bu məktubu tapsa, özündə saxlasın", - deyə xahiş edib.

Lamiyə Əhmədli
MİA.AZ