Voleybol üzrə qadınlardan ibarət Azərbaycan millisi Qızıl Avropa Liqasına qatılmayacaq.
Məlumata görə, yığmanın adı yarışın iştirakçıları siyahısından çıxarılıb.
Millini C qrupunda Bolqarıstan komandası əvəzləyib. Qrupda həmçinin Macarıstan, Ukrayna və Rumıniya seçmələri də yer alıb.
Azərbaycan Voleybol Federasiyasının Mətbuat Xidmətindən "Report"a CEV-in turnirin sistemində dəyişiklik etdiyi bildirilib: "Federasiya olaraq bunun səbəbini yaxın günlərdə ictimaiyyətə açıqlayacağıq".