Azərbaycanın daha bir sərbəst güləşçisi Osman Nurməhəmmədov Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında bürünc medal görüşünə çıxıb.
Məlumata görə, 92 kq-da mübarizə aparan idmançı ispaniyalı Damian İqlesias Vilela ilə qarşılaşıb.
Rəqibini cəmi 1 dəqiqə 30 saniyəyə tam üstünlüklə (11:0) məğlub edən Nurməhəmmədov Avropa üçüncüsü olub.
Onu da qeyd edək ki, 86 kq-da çıxış edən Abubakr Abakarov finalda san marinolu Mayls Nazem Aminə 5:9 hesabı ilə uduzaraq, gümüş medal, Turan Bayramov isə Rumıniya təmsilçisi Zurab Kaprayevə qalib gələrək, bürünc medal qazanıb.
Mia.az