Azərbaycan milli komandası növbəti oyununu keçirib.
Mia.az bildirir ki, Canni de Byazinin yetirmələri Maltada təşkil olunan təlim-məşq toplanışında ikinci matçına çıxıb.
Yığmamız Latviya ilə görüşüb. Qarşılaşma Ta Qalidəki Milli stadionda baş tutub.
Oyun 85-ci dəqiqədə fərqlənən Latviya millisinin vurduğu yeganə qolla başa çatıb - 1:0.
Qeyd edək ki, yığmamız martın 25-də Malta ilə yoldaşlıq oyununda 0:1 hesabı ilə uduzub.