İtaliyanın "Cenoa" klubunun futbolçusu Manolo Portanova həbs edilib.

Məlumata görə, 22 yaşlı hücumçu gənc qıza cinsi təcavüzdə ittiham olunur. Hadisə 2021-ci il mayın 30-da Siena şəhərinin mərkəzindəki mənzildə baş verib.

Onunla yanaşı, daha iki nəfər iyunun 7-də məhkəmə qarşısına çıxacaq.

Daha əvvəl Portanova və digər iki şəxs ev dustaqlığına buraxılsa da, 10 aylıq araşdırmadan sonra prokuror vəzifəsini icra edən Nikola Marini şübhəlilərin həbsi barədə göstəriş verib/Report.

Qeyd edək ki, Manolo Portanova İtaliyanın 21 yaşadək futbolçulardan ibarət yığmasının da üzvüdür.