17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Maltadakı təlim-məşq toplanışında yerli yaşıdları ilə yenidən qarşılaşıb.
Məlumata görə, yoldaşlıq görüşü Elxan Abdullayevin baş məşqçi olduğu yığmanın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
U-17-nin heyətində 24-cü və 45+1-ci dəqiqədə müvafiq olaraq Əşrəf Ələkbərli və Nihad Əhmədzadə fərqlənib/Report.
Qeyd edək ki, bu komandalar arasında martın 25-də keçirilmiş ilk qarşılaşma 2:2 hesabı ilə bitib.