Azərbaycan güləşçisi Əşrəf Aşırov Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında Ermənistan idmançısını məğlub edib.

Mia.az xəbər verir ki, 79 kq çəki dərəcəsində çıxış edən idmançı 1/4 finalda Arman Avaqyanla üz-üzə gəlib.

Rəqibinə 1 dəqiqə 50 saniyəyə qalib gələn Aşırov yarımfinala yüksəlib.