Azərbaycan təmsilçiləri Daniel Abbasov və Murad Rəfiyevdən ibarət duet Bakıdakı dünya çempionatının daha bir akrobatika növündə finala vəsiqə qazanıblar.
Mia.az xəbər verir ki, cütlük balansla hərəkətlərdə təsnifat mərhələsində 27,520 xalla 3-ci olub.
Final martın 13-də gerçəkləşəcək.