Almaniyanın "Şalke" klubu Rusiyanın "Qazprom" şirkəti ilə əməkdaşlığı ləğv edib.
Bundesliqa təmsilçisinin rəsmi tviter hesabında verilən məlumata görə, Müşahidə Şurasının qərarına əsasən, müqavilə vaxtından əvvəl ləğv olunub/Report.
Qeyd edək ki, "Şalke" fevralın 24-də formasından şirkətə məxsus yazıların götürüldüyünü açıqlayıb.
Onu da qeyd edək ki, Rusiyada keçiriləcək iÇempionlar Liqasının finalı da ləğv olunub.
Mia.az