"Mən Kiyevi tərk etməyəcəyəm, Rumıniyaya qayıtmayacağam, qorxaq deyiləm".
Mia.az Report-a istinadla xəbər verir ki, bunu Ukraynanın "Dinamo" (Kiyev) komandasının baş məşqçisi Mirça Luçesku "Tribun Dergi"yə açıqlamasında deyib.
77 yaşlı mütəxəssis Ukraynada bütün idman tədbirlərinin 30 gün müddətinə dayandırıldığını bildirib: "Ümid edirəm ki, axmaqların başlatdığı mübaribə qısa zamanda dayandırılacaq. Heç vaxt müharibənin başlayacağını düşünməmişəm".