Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) hesabat-seçki konfransı keçirilib.
Mia.az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin inzibati binasında keçirilən konfransda Kənd təsərrüfatı naziri İnam Kərimov federasiyanın prezidenti seçilib.
Kərimov bu postda "Azərbaycan Hava Yolları" QSC-nin prezidenti Cahangir Əsgərovu əvəzləyib.
***
Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) prezidenti vəzifəsinə namizəd məlum olub.
Məlumata görə, bu, kənd təsərrüfatı naziri İnam Kərimovdur/Report.
Xatırladaq ki, bu gün Gənclər və İdman Nazirliyinin inzibati binasında AAAF-ın hesabat-seçki konfransı keçiriləcək. Toplantıda İ.Kərimovun federasiya prezidenti seçiləcəyi gözlənilir.
Qeyd edək ki, hazırda AAAF-a "Azərbaycan Hava Yolları" QSC-nin prezidenti Cahangir Əsgərov rəhbərlik edir.