Azərbaycanı Pekin-2022 Qış Olimpiya Oyunlarında təmsil edən fiqurlu konkisürən Yekaterina Ryabovanın final mərhələsindəki yekun mövqeyi bəlli olub.
Məlumata görə, 19 yaşlı idmançı yarışı 179,97 xalla 15-ci pillədə başa vurub.
Ryabova sərbəst proqramda 118,15 xal, qısa proqramda isə 61,82 xala layiq görülüb.
***
Azərbaycanın qadın fiqurlu konkisürəni Yekaterina Ryabova Pekin-2022 Qış Olimpiya Oyunlarının final mərhələsində çıxışını başa vurub.
Məlumata görə, 19 yaşlı idmançı sərbəst proqramda 118,15 xala layiq görülüb.
Ryabova 24 idmançının qatıldığı yarışda hazırda 179,97 xalla 4-cü pillədə qərarlaşıb/Report.
Konkisürən fevralın 15-də qısa proqramda 61,82 xalla 16-cı olub və "24-lüy"ə düşməyi bacardığı üçün sərbəst proqramda iştirak hüququ qazanıb. Turnirin qalibi hər iki proqram üzrə xalların cəminə görə müəyyənləşir/Report.
Qeyd edək ki, Azərbaycanın kişi fiqurlu konkisürəni Vladimir Litvintsev Pekin-2022-də 18-ci yeri tutub. Qış Olimpiya Oyunlarına fevralın 20-də yekun vurulacaq.
***
Bu gün Azərbaycanın qadın fiqurlu konkisürəni Yekaterina Ryabova Pekin-2022 Qış Olimpiya Oyunlarının final mərhələsində çıxış edəcək.
Mia.az xəbər verir ki, 19 yaşlı idmançı Bakı vaxtı ilə saat 14:00-da startı veriləcək yarışda sərbəst proqramda məharətini göstərməyə çalışacaq.
Ryabova buz üzərinə 10-cu çıxacaq. Konkisürən qısa proqramda 61,82 xalla 16-cı olub və "24-lüy"ə düşməyi bacardığı üçün sərbəst proqramda iştirak hüququ qazanıb.
Turnirin qalibi hər iki proqram üzrə xalların cəminə görə müəyyənləşir.
Qeyd edək ki, Azərbaycanın kişi fiqurlu konkisürəni Vladimir Litvintsev Pekin-2022-də 18-ci yeri tutub. Qış Olimpiya Oyunlarına fevralın 20-də yekun vurulacaq.