İngiltərənin "Çelsi" klubunun baş məşqçisi Tomas Tuxel koronavirusa yoluxub.

Məlumata görə, 49 yaşlı mütəxəssisin testi pozitiv çıxıb.

Almaniyalı baş məşqçi karantinə alınıb. Tuxelin növbəti həftəsonu Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə komandaya qoşulacağı gözlənilir/Report.

Qeyd edək ki, Tomas Tuxel 2021-ci ilin yanvarında "Çelsi"nin baş məşqçisi təyin edilib.