Azərbaycan milli komandasının futbolçusu Mahir Emreli Xorvatiyanın "Dinamo" (Zaqreb) klubuna keçib.
Mia.az xəbər verir ki, 25 yaşlı hücumçu ilə 4,5 illik müqavilə imzalanıb.
Artıq klub bununla bağlı təqdimat videosu yayaraq, "Yenidən xoş gəldin" yazıb.
Videodan belə məlum olur ki, Emreli "Dinamo"da 11 nömrəli formanı geyinəcək.
Polşa "Legiya"sı isə onunla müqavilənin qarşılıqlı razılıq əsasında pozulduğunu açıqlayıb.