Pekin-2022 Qış Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan nümayəndə heyəti Çinə yola düşüb.
Mia.az xəbər verir ki, bu barədə şef de-mission Anar Bağırov özünün feysbuk səhifəsində paylaşım edib.
Azərbaycanı olimpiadada təmsil edəcək fiqurlu konkisürənlər - Vladimir Litvintsev və Yekaterina Ryabova isə Pekinə Rusiyanın paytaxtı Moskvadan gedəcəklər.
Qeyd edək ki, Pekin olimpiadası 4 - 20 fevralda keçiriləcək.