Rusiyanın Sankt-Peterburq şəhərində keçiriləcək UEFA Çempionlar Liqasının final oyunu üçün biletlərin qiymətləri bəlli olub.

Məlumata görə, I kateqoriya biletlər 690 avro, II kateqoriya 490 avro, III kateqoriya isə 90 avroya satışa çıxarılıb.

İçkilər və yeməklər daxil olmaqla, qonaqpərvərlik zonası girişi üçün biletlərin qiyməti 1390 avro olacaq.

Qeyd edək ki, Çempionlar Liqasının finalı mayın 28-də "Qazprom Arena"da gerçəkləşəcək/Report.