Türkiyənin "Qaziantep" komandasında koronavirusa kütləvi yoluxma olub.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, koronaya yoluxan 7 futbolçu, 1 məşqçi və texniki 1 işçi karantinə alınıblar.
Məlumata görə, bu hadisəyə görə komandanın yanvarın 14-də "Beşiktaş"la oyunu təxirə düşəcək.