İngiltərənin "Mançester Siti" klubunun baş məşqçisi Xosep Qvardiola və köməkçisi Xuan Manuel Lilyon koronavirusa yoluxub.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, hər iki məşqçi karantinə alınıblar. Onlar qarşıdakı oyunlarda komandanın sükanı arxasında olmayacaqlar.