"Neftçi" Azər Salahlı ilə yeni müqavilə bağlayıb.
Mia.az kluba istinadla xəbər verir ki, Azərbaycan milli komandasının futbolçusu Azər Salahlı ilə 2,5 illik müqavilə bağlanıb.
Qeyd edək ki, son klubu "Keşlə" olan Azər Salahlı “Qarabağ” (2015-2017) və “Sumqayıt” (2016-2018) komandalarında da çıxış edib.