“Sabah” hazırlıq müddətində iki ölkənin komandası ilə yoxlama oyunu keçirəcək.

Mia.az kluba istinadən xəbər verir ki, paytaxt təmsilçisi yanvarın 15-də Macarıstanın “Pakş”, 25-də isə Serbiyanın “Mladost” (Luçani) komandaları ilə üz-üzə gələcək.

Toplanış müddətində daha bir oyunun keçirilməsi nəzərdə tutulub. 

Qeyd edək ki, "Sabah"ın Antalya toplanışı 12 - 26 yanvarda olacaq.