İtaliya Maliyyə Qvardiyası "İnter" futbol klubunun maliyyə hesabatları ilə bağlı araşdırmaya başlayıb.
"Corriere della Sera" xəbər verir ki, Milan təmsilçisi transfer fırıldaqçılığında ittiham olunur.
İddiaya görə, klub maliyyə feyr-pleyi ilə bağlı qaydalara əməl etdiyini nümayiş etdirmək üçün satdığı futbolçuların qiymətlərini qəsdən yüksək göstərib.
“İnter” araşdırma faktını təsdiqləsə də, kluba qarşı heç bir ittihamın olmadığını qeyd edib/Report.