Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsində “Qarabağ” və “Neftçi”nin növbəti raunddakı rəqibləri bəlli olub.
Mia.az xəbər verir ki, bu gün keçirilən oyunda "Keşlə" "Qaradağ Lökbatan"ı 2:1, "Sabah" isə "Kəpəz"i 3:0 hesabı ilə məğlub edib.
Bununla da növbəti mərhələnin cütlükləri bəlli olub:
1/4 final
(1/2-12/13 fevral)
"Qarabağ" - "Keşlə"
"Neftçi" - "Sabah"
"Zirə" - "Səbail"
"Sumqayıt" - "Qəbələ"