Çexiya polisi Belarus Futbol Federasiyasının sədri Vladimir Bazanovu saxlayıb.

Məlumata görə, buna funksionerin ölkəyə giriş icazəsinin olmaması səbəb olub.

Hadisə Moraviya-Sileziya bölgəsində baş verib. Bazanovla yanaşı, onun xanımı da saxlanılıb.

Qeyd edək ki, Vladimir Bazanov 2019-cu ildən federasiyaya rəhbərlik edir/Report.