Azərbaycan Şahmat Federasiyası (AŞF) rəhbərliyi və İcraiyyə Komitəsinin üzvlərinin yeni tərkibdə keçirilən ilk iclasında qurumun baş katibi təsdiqlənib.

Məlumata görə, yeniyetmələr arasında dünya çempionu, beynəlxalq qrossmeyster İlahə Qədimova AŞF-nin baş katibi təyin edilib.

O, bu postda Faiq Həsənovu əvəzləyib. F. Həsənov federasiyada I vitse-prezident olub.

Qeyd edək ki, Mahir Məmmədov bu gün AŞF-nin prezidenti seçilib.