"Futbolçuları təbrik etmək istəyirəm. Bu gün qələbə qazanmaq istəyirdik. Düşünürəm ki, bu gün oyunçularım çox böyüdülər. Konfrans Liqasının qrup mərəhələsində bir oyunumuz qalıb".

Bu fikirləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov evdə Kiprin "Omoniya" komandası ilə 2:2 hesablı heç-heçə etdikləri UEFA Konfrans Liqasının qrup mərhələsinin V tur oyunundan sonra mətbuat konfransında deyib.

49 yaşlı mütəxəssis son qarşılaşmaya da eyni motivasiya ilə hazırlaşacaqlarını söyləyib: "Futbolçulara heç bir iradım yoxdur. Görüşdəki qollar da maraqlı alındı. Rəqibə qarşıdakı oyunlarda uğurlar arzulayıram".