"Sabah" klubunda məşqçi və futbolçular koronavirusa yoluxublar.

Mia.az xəbər verir ki, bu barədə klubun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, məşqçilər Vitali Kovalyov, Ruslan Qafitulun, Artur Olenin, Aleksey Malaxov, Vitali Korneyev və futbolçu Mixeil Erqemlidzenin testi müsbət çıxıb. Onlar bu səbəbdən karantinə alınıblar.

Korneyev və Qafitullinin testləri ötən həftə, digərləri isə bu həftə müsbət nəticələnib.

Qeyd edək ki, "Sabah" noyabrın 27-də Azərbaycan Premyer Liqasının XII turunda "Keşlə" ilə üz-üzə gələcək.