Türkiyə Super Liqasında bu gün "Qalatasaray" evndə "Fənərbağça"nı qəbul edib.
Mia.az xəbər verir ki, "Qalatasaray" 16-cı dəqiqədə Kərəmin qolu ilə hesabı açsa da, Məsut Özül 31-ci dəqiqədə hesaba tarazlıq gətirib - 1:1.
Qeyd edək ki, Məsutun qolundan sonra azarkeşlərin ona əşya atması səbəbindən meydanda gərginlk yaranıb.
82-ci dəqiqədə "Fənərbağça" azlıqda (Tsserand ikinci sarı kartla meydandan qovulub) qalsa da, 90+4-də qonaq komanda Kresponun qolu ilə qələbə qazanıb - 1:2
Xatırladaq ki, oyunun sonunda hakim "Qalatasaray"ın baş məşqçisi Fatih Terimi də ikinci sarı kartla qırmızı kart verməklə cəzalandırıb.
Bununla da "Qalatasaray" 21 xalla 8-ci yerə enib, "Fərərbağça" isə xalını 23-ə çatdıraraq, 5-ci pilləyə yüksəlib.
MİA.AZ