Noyabrın 16-da Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı şəhid olan əsgər Elmin Əlizadə keçmiş futbolçu olub.

Mia.az AFFA-nın saytına istinadən xəbər verir ki, o, 2013-2016-cı illər ərzində UGİM Mingəçevir komandasının tərkibində milli assosiasiyanın keçirdiyi liqalarda iştirak edib.

AFFA futbol ictimaiyyəti adından bütün şəhidlərimizə Allahdan rəhmət, yaxınlarına səbr diləyib.

Allah rəhmət eləsin!

Qeyd edək ki, Ermənistanın təxribatı nəticəsində Azərbaycanın 7 hərbçisi şəhid olub, 10-u yaralanıb.