Azərbaycan karateçisi Rafael Ağayev Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən dünya çempionatında mübarizəyə başlayıb.

Mia.az xəbər verir ki, 75 kq çəki dərəcəsində çıxış edən idmançı ilk görüşündə Li Fenq-Jen (Çin Taypeyi) və İvan Korabauya (Belarus) qalib gəlsə də, növbəti qarşılaşmada Skott Tomasa (ABŞ) uduzaraq, yarışı medalsız başa vurub.