Monteneqro millisi Türkiyəyə qarşı keçirəcəyi 2022-ci il dünya çempionatının seçmə oyunundan öncə itki ilə üzləşib.
Məlumata görə, yığmanın aparıcı üzvlərindən Uroş Curceviçin koronavirus testi müsbət çıxıb.
İspaniyanın "Sportinq" klubunda çıxış edən 27 yaşlı hücumçu bu səbəbdən, "ay-ulduzlular"la matçı buraxacaq.
Qeyd edək ki, bu gün oynanılacaq Monteneqro - Türkiyə görüşü Bakı vaxtı ilə saat 23:45-də başlayacaq/Report.