Bu gün Dünya Çempionatının Avropa zonası üzrə seçmə mərhələsinin G qrupunda Türkiyə yığması İstanbuldakı "Başakşehir Fatih Terim" stadionunda Cəbəllütariq yığmasını qəbul edib.
Mia.az xəbər verir ki, oyun Türkiyənin darmadağını ilə bitib - 6:0
Qrupun digər qarşılaşmasında Norveç yığması evdə Latviya ilə heç-heçə edib - 0:0
Bununla da Türkiyə millisi xallarını 18-ə çatdıraraq, top fərqi ilə 2-ci pilləyə yüksəlib.
18 xala malik Norveç isə 3-cü pilləyə enib.
Bu gün Bakı vaxtı ilə saat 23:45-də başlanacaq görüşdə Niderland səfərdə Monteneqroya qalib gəlsə, qrup birincisi kimi dünya çempionatına vəsiqəni təmin edəcək.