Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi komandadakı gələcək taleyindən danışıb.

Mia.az xəbər verir ki, bu barədə İtaliyalı mütəxəssis evdə Lüksemburqa 1:3 hesabı ilə uduzduqları dünya çempionatının seçmə oyunundan sonra açıqlama verib: "Belə bir oyundan sonra müqavilə barədə danışmağın mənası yoxdur. Noyabrın 30-dək sözləşməm var. Federasiya agentimlə danışacaq. Mən də peşəkar kimi müqaviləmin sonunadək işimin başında olacağam".