Türkiyənin peşəkar futbol liqalarında azarkeşlərlə bağlı məhdudiyyət ləğv olunur.
Türkiyə Futbol Federasiyasının məlumatına görə, noyabrın 9-dan bütün oyunlara stadionun ümumi tutumunun 100 faizi qədər tamaşaçı buraxılacaq.
TFF qarşılaşmalar zamanı tribunaların tam dolmasına icazə verib. Lakin qurum peyvənd olunmamamış azarkeşlərin stadionlara buraxılmayacağını açıqlayıb.